Yahya Taşdelen
Seçkiləri çox yüksək səslə qazandınız. Amma məqbul sayılmadı.
Neft quyularını dünyanın hər yerinə bağladınız. Amma daha çox küfr eşitdiniz.
Dubayda oğlunuza 75 milyonluq villa aldınız. Xalqın gözü onda qaldı və yenə məqbula keçmədi.
Azərbaycanın hər yerinə 50 mərtəbəli iqamətgahlar tikdirdiniz. Ağlayanlar daha da artdı, şikəstə oxuyanlar və sinəsinə döyənlər oldu. Yenə də bu millətə yarına bilmədiniz.
Yollar, körpülər, stadionlar tikdirdiniz. Amma insafsız müxalifət qədrinizi bilmədi. Məhkəmələr qurdunuz, ədalət payladınız. Amma həbsxanalar ağzına qədər doldu, xalqın iniltisi Afrika çöllərinə çatdı. Millət yenə də qiymətinizi bilmədi.
Deputatları əsgər kimi yetişdirdiniz. Yat dediniz yatdılar, qalx dediniz qalxdılar. Yenə də xalq qədrinizi bilmədi.
Nazirlər Kobinetini yox saydınız, “hər şey mənəm” dediniz. Millət yenə yuxudan ayılmadı. Narkomanı, qumarbazı, rüşvətxoru yaxaladınız, zindana atdınız. Amma bu insafsız xalq sizə heykəl qoymadı.
Qarabağı yaddan çıxardınız. Xalqın bayatı oxumasına son qoydunuz, peykə raket göndərdiniz, xəstəxanalar tikdirdiniz, ölkədə xəstəliyin kökünü kəsdiniz. Amma bu millət yenə də sizdən razı qalmadı.
Cənab prezident, amma bu xalqa hər zaman sizə qul olacaq vəziyyətinə gəldi.
Cənab prezident, bu müxalifətə göz açmağa imkan verməyin.
Bu möhtəşəm vətənpərvərliyinizi millətimiz yaddan çıxartmayacaq. Hər seçkidə sizə 100 faiz səs verməyə qərarlıdılar. Allah sizi başımızdan əksik etməsin.


