Paris terrorçuları öldürüldü FOTO

İki sutka dünyanı həyacanda saxlayan əməliyyat bitdi 

Le Monde qəzetinin xəbərinə əsasən, dükana basqın edən şəxs də öldürülüb. Dükana hücum zamanı girovlardan ən azı dördü qətlə yetirilib. Bu barədə Röyters məlumat yayıb.
 
 
 
 
 
 
BBC-nin yaydığı məlumata görə, Kuaşı qardaşları polislər tərəfindən güllələnib.
 
***
 
Kuaşı qardaşlarının polislərə atəş açaraq bayıra qaçdığı məlumatı yayılıb. 
 
 
 
 
 
BBC-nin məlumatına görə, polis terrorçu qardaşların gizləndiyi yerə hücuma keçib. Şahidlərin dediyinə görə, hadisə yerində partlayış və atışma səsləri gəlir. Kuaşı qardaşlarının girov saxladığı şəxs azad edilib.
 
 
 
 
 
 
***
 
Fransa mətbuatının məlumatına görə, polis Hyper Cacher dükanına hücum zamanı tutula girovların azad edilməsi istiqamətində əməliyyata başlayıb. Hadisə yerində dörd partlayış səsi eşidilib. Bəzi girovların artıq buraxıldığı deyilir. Atışmada bir polis yaralanıb.
 
***
 
Frans Press agentliyi polisdəki mənbələrə istinadla xəbər verib ki, satirik jurnalda qətliam törədərək qaçan qardaşlarla ötən gün polis qadını öldürən, bu gün isə yəhudi məhlləsində mağazaya basqın edən şəxs arasında əlaqə var. İddia olunur ki, onlar bir-birlərini tanıyırlar və hadisələr bir-birilə bağlıdır.
 
***
 
“Charlie Hebdo” jurnalında qətliam həyata keçirən terrorçu qardaşları Parisin kənarında mühasirəyə alındığı bir vaxtda şəhərin şimalınakı  yəhudi məhəlləsində bir mağazaya silahlı basqın olub. Ehtimallara görə, basqını həyata keçirən ötən gün Parisdə qadın polisi qətlə yetirən şəxsdir. Onun iki nəfəri girov götürdüyü deyilir. Bildirilir ki, mağazada bir neçə nəfər var.
 
 
 
 
 
 
***

Fransa mətbuatının məlumatına görə, terrorçular hazırda Parisin şimalında nəşriyyat binasında mühasirəyə alınıblar. Onlar polisə təslim olmaqdan imtina edib. Polis xüsusi əməliyyatı dayandırıb və ən azı bir nəfəri girov saxlayan terrorçularla danışıqlara başlayıb. Məlumata görə, telefon danışığında terrorçular “Şəhid olmağa hazırıq” dedyiblər.

Parisin şimalında Şərif və Səid Kuaşşi qardaşlarının tutulması istiqamətində xüsusi əməliyyat həyata keçirilir. Kuaşi qardaşları Dammarten-an-Qoel şəhəri yaxınlığında avtomobil qaçırıb.

Qardaşların yeri müəyyənləşdirilib, lakin onlar ın azı bir nəfəri girov götürə bilib. Təqib zamanı atışma baş verib. Terrorçular polislərə atəş açıb. Qardaşların tutulması üçün 5 helkopter də cəlb edilib. 

Le Point nəşrinin yaydığı məlumata görə, Fransanın daxili işlər naziri Dammarten-an-Qoel-də xüsusi əməliyyatın keçirildiyini təsdiqləyib. 

İlkin məlumatlara görə, qardaşlar qadının idarə etdiyi avtomobili qaçırıb. Lakin sonradan qadını sərbəst buraxıblar. Sürücü qadın terrorçu qardaşları tanıyıb. 

Fransa mətbuatının məlumatına görə, hazırda Kuaşi qardaşları bir neçə nəfəri girov saxlayır.

azadliq.info