İqtisadçı ekspert Məhəmməd Talıblı öz “facebook” səhifəsində banklardakı qanunsuz vergilərdən yazıb. Yazını olduğu kimi təqdim edirik.
Banklarda əmanətləri olan vətəndaşların gəlirlərindən (bu dividend deyil) 10 faizi həddində vergi tutublar. Özü də müqavilə şərtlərinə uyğun olmadan və müştəriləri öncədən xəbardar etmədən. Bunun üçün 1 izahatım və 1 təklifim var. Müştərilər özlərinin əmanətlərini banka yerləşdirəndə onlarla müqavilə şərtləri necə bağlanıbsa, əmanətləri müqabilində də həmin faiz həddində gəlirləri olmalıdır. Bir anlığa əksini təsəvvür edin. Əmanətlərdən gəliriniz müqabilində 10 faizlik vergi tutulacağını bildiyiniz halda, ilin sonunda banklar(vergi orqanları) bundan imtina edir. Təsəvvür edə bildinizmi? Eyni situasiyadır. Amma indi bu “xeyirxahlığı” siz etmirsiz, sizə edirlər. Vergilər Məcəlləsində edilən bu dəyişiklik hələ də ölkə prezidenti tərəfindən təsdiq olunmayıb. Təsdiq olunmadan və qanuni statusu olmayan qanun heç bir subyekti hüququn təsirində olmasını söyləyə bilməz. Təsdiq olunmadan onun tətbiqi qanunvericiliyin tələblərinə ziddir. Amma bu addımlar reallaşmadan əmanətçilərin gəlirləri vergiyə cəlb edilib. Bu açıq-aydın hüquqpozma halıdır. 1. Bu hüquqi tənzimləmə deyil, açıq-aydın istismar və kopud qanun pozuntusudur. Banklar bu addımı ilə qanunsuzluq edirlər. Çünki, yanvarın 1-dən uzaqbaşı ediləcək dəyişiklik sonrakı dövrə şamil edilərək qüvvəyə minə bilərdi. Çünki, hüquqi məntiq tələb edir ki, qanunvericilikdə baş verən dəyişiklərin geriyə qüvvəsi yoxdur. Yəni, dəyişiklik keçmişə şamil oluna bilməz. 2. Banklar bu qanunsuzluğu özlərinə rəva görə bilirlərsə, demək müştərilərin hüquqlarının pozulması istiqamətində bundan da böyük hüquqa zidd davranış nümayiş etdirə bilərlər. Ona görə, belə bank insitutlarına əmanətinizi etibar etməyi də məsləhət bilməzdim. O banklar ki, əmanətləri 8-10 faizə əmanətləri qəbul edib, həmin aktivləri 26-34 faizlə yenidən digər vətəndaşlarımıza satır. Bu normal bank fəaliyyəti deyil, soyğunçuluqdur. Özünüzü bankların istismarından qoruyun!


