
Nigeriyada strateji mövqedə yerləşən hərbi bazanın ələ keçirilməsindən sonra Boko Haram minlərlə evi yandırıb və qəsəbə sakinlərini güllələyib. Şəhər rəhbərliyi 2 min nəfərin öldüyünü açıqlayıb.
Radikal islamçılar Nigeriyanın şimal-şərqindəki Baga şəhərində reallaşdırdığı son hücumda 2 mindən çox adamı öldürdüyü bildirilir.BBC-yə danışan Bağa şəhər məmurlarından Musa Alhaji Bukar, çərşənbə günü şəhərin az qala hamısının yandırıldığını və ölü sayının minlərlə olduğunu bildirb: “Bağa şəhəri, 10 min əhalisi olan yaşayış yeri olsa da, bu an şəhərdə az qala heç kim yoxdur.
azadliq.info


