“Demokratiya olmayacaqsa, Türkiyənin başına gələcəkləri heç bir diktator rəhbər durdura bilməz”.
“Dialoq Avrasiya Platforması”nın fəxri başçısı və Kiyev Milli Taras Şevçenko Universiteti professoru Vladimir Sergiyçuk, Türkiyənin Ukraynadakı hadisələrdən dərs almasının lazım olduğunu bildirib.
Vladimir Sergiyçuk “Hazırda, Ukraynada yaşanan hadisələr yaxşı şəkildə analiz edilməli və əhəmiyyətli dərslər çıxardılmalıdır. Buradan alınacaq dərslər çərçivəsində Türkiyyə cəmiyyətinin və ölkənin bölünməsinin qarşısı alınmalıdr. Yəni, Krımda və Ukryananın cənub-şərqində yaşananların Türkiyədə yaşanmasına icazə verilməməlidir. Ukrayna iqtidarının önəm vermədiyi məqamlar vardı ki, Ukrayna hakimiyyəti vaxtında bu məqamlarla bağlı lazımı addımlar atmadı. Xüsusən də bölglərdə. Ona görə də sovetlər birliyini yenidən qurmaq xəyalında olan Rusiya bunu fürsətə çevirməyi bacardı.
“Türkiyə vətəndaşları bir olmalıdır”
“Ukraynada oynanılan oyunun Türkiyədə oynanmaması üçün Türkiyə vətəndaşlarının birlik və berbərlik içində olması lazım olduğuna vurğu edən Sergiyçuk: “Türkiyə bütöv bir ölkədir. Xalq da Türkiyənin bütövlüyünü dəyərləndirməlidir. Lakin Türkiyənin birliyi əsasən millətin demokratik inkişafına bağlıdır. Əgər demokratiya olmayacaqsa, Türkiyənin başına gələcəkləri heç bir diktator rəhbər dayandıra bilməz. Türkiyəni bütövlüyünü yalnız demokratiya təmin edə bilər”.
Türkiyəli ziyalıları yaxşı tanıdığını bildirən Sergiyçuk, intellektual kəsimin Türkiyədə demokratiyaya sahib çıxacağına və demokratiya yolundan geri dönüşün mümkün olmayacağına da inandığını bildirib.
“Türkiyənin AB hədəfi var”
“Türkiyənin demokratiya prinsiplərinə sıx bağlı olan AB-yə üzv olmaq üçün yerinə yetirməsi lazım olan əhəmiyyətli öhdəliklər var. Türk xalqının demokratik dəyərləri var, keçən il İstanbulda başlayan və digər şəhərlərə sıçrayan küçə hadisələri, Türk xalqının demokratik dəyərlərinə sahib çıxdığını və çıxacağını bizə göstərdi”, deyə Vladimir Sergiyçuk bildirib.
azadliq.info


