“Putinin rəftarını dəyişdirməsi üçün hələ də zamanı var”
.jpg)
İngiltərənin paytaxtı Londonda səfərdə olan Almaniya kansleri Angela Merkel, İngilis həmkarı Devid Cameronla bir araya gəlib. Görüşün ardından, liderlər birgə mətbuat konfransı təşkil edib. Mətbuat konfransından əvvəl Cameron və Merkel, Fransa prezidenti Fransua Ollandla telekonfrans təşkil edib. Həm Cameron, həm də Merkel mətbuat toplantısındakı çıxışlarına, Fransanın paytaxtı Parisdə həftəlik karikatura jurnalı “Charlie Hebdo”nun binasına təşkil edilən silahlı hücumu qınayaraq başlayıb.
İngiltərənin baş naziri Cameron, Parisdəki hücumun ifadə azadlığı və demokratiya kimi dəyərlərə edilmiş bir hücum olduğunu bildirib. “Hansı addımlar atacağımıza gəldikdə, təbii ki, bu, nələr edilməsi lazım olduğuna bağlı məslədir. Hamımız ehtiyatlı olmalıyıq”,deyə Kameron bildirib.
Çıxışında Ukraynadakı böhrana toxunan Cameron, hər iki ölkənin (Almaniya və İngiltərə) böhranın həll olmasını istədiyini və Rusiyaya qarşı təzyiqlərin davamlı olacağını bildirb: “Rusiya dövlət başçısı Vladimir Putinin rəftarını dəyişdirməsi üçün hələ də zamanı var”. Cameron, gələn həftə baş tutacaq Petro Poroşenko-Putin görüşünü diqqətlə izləyəcəklərini də bildirib.
Avropa Birliyində (AB) islahatların zəruriliyi istiqamətində də müzakirə apardıqlarını bildirən Kameron, kansler Merkelle anlaşdığlarını bildirib: “Merkelin problemlərdən çoxış yolunu tapmaq üçün bizimlə birlikdə işləmək istəyini məmnuniyyətlə qarşılayıram. Daha əvvəl də dediyim kimi, AB-nin təcili olaraq islahatlara ehtiyacı olduğuna inanıram. İngiltərənin AB ilə əlaqələrindəki problemləri düzəltmək istəyirəm. Bunu bacaracağıma inanıram. Merkelin də daha öncə burada söylədiyi kimi, “istək olduğu zaman, yol tapılır”. Mənim istəyim də bu istiqamətdədir”, deyə Kameron bildir.
azadliq.info


