Bu il dünyanı hansı geosiyasi risklər gözləyir? Avropa siyasətinin özü risk mənbəyinə çevrilib. Qərbin İslamlaşması əleyhinə şüarla hər həftə yürüş edən Pegida. Almaniyada Pegidanın lehinə və əleyhinə yürüşlər. Hər 8 almandan 1-i Pegidanın yürüşünə qoşula biləcəyini deyir.
Avro niyə düşür? Yunanıstandan onun verə biləcəyindən çox tələb etmək risklidir, o cümlədən elə Almaniya üçün. Dünya mediası bu gün nədən yazır?
2015-ci ildə ən böyük geosiyasi risklərin top 10-nu. Time jurnalının hazırladığı bu 10-luqda birinci yerdə qəribə şəkildə Avropa siyasətidir:
1. Avropa siyasəti. Avropa iqtisadiyyatı 2012-ci ildəki kimi pis vəziyyətdə deyil, ancaq Avropa siyasətinin durumu xeyli pisdir. Britaniya, Almaniya kimi ölkələrdə anti-Avropa Birliyi partiyaları güclənir.Avropa ölkələrində bölücülük əhvalı da güclənir.Fransanın zəifliyi, Avropa Birliyi işlərində Britaniyanın yoxluğu şəraitində Almaniyanın belə güclü olması əleyhinə Avropa Birliyi ölkələrində müqavimət genişlənir.Və nəhayət, Rusiyanın davranışıvə İslam Dğvləti təşkilatı Avropanın təhlükəsizlik problemlərini yalnız gücləndirir.
2. Rusiya. Sanksiyalar və neftin ucuzluğu Rusiyanın zəiflədib, ancaq Putini yolundan döndərməyə kifayət etməyib. Moskva bu il Kiyevə təzyiqini davam etdirəcək. Moskvanın hədəfləri həm də Qərb şirkətləri və Qərb investorları olacaq – həm adi məkanda , həm də kiber məkanda.
Top 10-da sonrakı yerlərdə
3. Çində iqtisadiyyatın artım tempinin azalması,
4. Obama hökumətinin maliyyəni silaha çevirməsi,
5. İslam Dövləti Təşkilatının İraqda və Suriyada fəaliyyəti,
6. bir çox ölkədə əsas təmayül kimi iqtisadi artımı təmin edən sahələrin yox, siyasi sabitliyi təmin edən iqtisadiyyat sahələrinin inkişafına üstünlük verilməsi,
7. Türkiyə, Kolumbiya, Braziliya, Nigeriya kimi ölkələrdə keçən il seçkini udan liderlərin bu il daxildə müqavimətlə qarşılaşması,
8. Səudiyyə Ərəbistanı – İran qarşıdurması,
9. Tayvanla Çin arasında münasibətlərin gərginləşməsi,
10. Türkiyə daxilində və sərhəddində vəziyyətdir.


