“Azadlıq” radiosunun bağlanmasına AB-dən etiraz

“Bu, Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri pozmasıdır”

Avropa İttifaqı (Aİ) “Azadlıq” radiosunun Bakı ofisinin bağlanmasını Azərbaycanın media azadlığı üzrə götürdüyü beynəlxalq öhdəlikləri pozması kimi dəyərləndirib. Bu barədə Aİ-nin İnformasiya Mərkəzinin bəyanatında deyilir.
Aİ hakimiyyəti ifadə və müstəqil media azadlığı  üzrə   beynəlxalq öhdəlikləri yerinə yetirməyə və qanunun aliliyini təmin etməyə çağırır (contact.az).