Günün ulduz falı (06.01.2015)

SON SƏHIFƏ

QOÇ

Günün birinci yarısında yaxın ətrafla münasibətləriniz yaxşı olmaya bilər. Günün ikinci yarısı isə uğurlu olacaq. Yaxşılıq gözləmədiyiniz adamdan dəstək almağınız sizi təəccübləndirəcək. 

BUĞA

Maraqlı və xoş söhbətlər günüdür. Yaradıcı potensial elə də yüksək olmayacaq. Rəsmi sənədləşmə işi üçün münasib gündür. Gəlirin olacağı ehtimalı aşağıdır.

ƏKIZLƏR

Istənilən ev işləri üçün əlverişli gündür. Qab, mebel almaq üçün də münasib gün olduğu bildirilir. Axşam saatlarını dostlarla birlikdə keçirin. 

XƏRÇƏNG

Başqalarının problemlərini həll etmək günün yarısını aparacaq. Yaxşı olar ki, gününüzü elə planlaşdırasınız ki, istirahətə yer qalsın. Ev işlərinin öhdəsindən yaxşı gələcəksiniz.

ŞIR

Sakit gündür. Çətinliklərlə qarşılaşmayacaqsınız. Bu səbəbdən də tələskənliyə yol verməyin. Bürcün bir çox nümayəndələri cəsarətli ideyaları ilə ətrafdakıları təəccübləndirməyi bacaracaqlar.

QIZ

Faydalı əşyalar ala bilərsiniz. Xoşladığınız işlə məşğul olun. Bu, sizin fikirlərinizə aydınlıq gətirməyə yardımçı olacaq. Situasiyaya kənardan baxmaqla dügün qərar verəcəksiniz.

TƏRƏZI

Günü uğursuz hesab etmək olmaz. Yeni müttəfiq axtarışına çıxmaq üçün əla gündür. Böyük məbləğli alış-veriş üçün də əlverişli gündür. Səyahətə çıxmaq üçün bilet almaq olar.

ƏQRƏB

Yeni və maraqlı tanışlığın sonu romantik əyləncəyə çevrilə bilər. Bəziləri hərəkətlərinizi düşüncəsiz kimi dəyərləndirəcək. Ancaq belə deyil, siz səhvə yol verməyəcəksiniz.

OXATAN

Fikirlərinə dəyər verdiyiniz adamla görüş gözlənilir. Bu gün yeni tanışlıq da olacaq. Ətrafdakıların xoşuna gələcəksiniz. Ulduzlar ilk baxışdan kiminsə sevgisini qazanacağınızdan xəbər verir.

OĞLAQ

Uğursuz gündür. Adi məsələlər üstündə yaxınlarınızla mübahisə edəcəksiniz. Yaşlı qohumlarla aranızda münaqişə yaranacağı da gözlənilir. Əks cinsin nümayəndələri ilə rastlaşanda özünə inam azalacaq.

DOLÇA

Yaşlı qohumlarla aranızda fikir ayrılığı ola bilər. Hesablama işlərində səhvə yol verə bilərsiniz. Bunun üçün hirslənməyə dəyməz. Çünki səhvi düzəldəcəksiniz.

BALIQLAR

Gününüzü yaxşı keçirəcəksiniz. Gözlənilməz, ancaq xoş görüşlər ola bilər. Gün maliyyə baxımından da əlverişlidir. Ehtimal ki, yaxşı gəliriniz olacaq. Alış-veriş də uğurlu olacaq.