Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə istintaq materialları baxılmaq üçün Bakı Ağır Cimayətlər Məhkəməsinə göndərilib. Bizimyol.info saytının məlumatına görə, iş yaxın günlərdə icraata götürüləcək. Rəsul Cəfərov 2014-cü il avqustun 2-də saxlanıb.
O qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurdu. İstintaq dövründə isə ona qarşı vəzifə saxtakarlığı və küli miqdarda mənimsəmə maaddələri ilə yeni ittihamlar irəli sürülüb. Müdafiə tərəfi, bir sıra yerli və beynəlxalq təşkilatlar ona qarşı ittihamların siyasi motivli olduğunu deyirlər.