Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin işi ilə bağlı materiallar məhkəməyə göndərilib. Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə,artıq iş üzrə ibtidai istintaq yekunlaşıb, ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və yaxın günlərdə icraata veriləcək.
İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur. O ittihamları rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.