Dünyanın ən eybəcər heyvanları FOTO VİDEO

Bu canlılar öz eybecərlikləri ilə yeni çap olunacaq kitabın ulduzlarına çevriləcəklər. Belə ki, həmişə öz gözəlliklərinə görə qorunan canlılardan fərqli olaraq bu dəfə Çirkin Heyvan Qoruma Dərnəyi nəsli tükənməkdə olan çirkin canlıları qorumaq məqsədi ilə kitab çap edəcək.  Bu addımı dəstəkləyənlərdən biri tanınmış professor, fizik Brayn Kok insanların ancaq gözəl heyvanları qoruduqlarını və bunun təəssüf doğurucu olduğunu bildirib.  

Dərnəyin rəhbəri Saymon Uot çirkin heyvanların da qorunmağa ehtiyacı olduğunu və onların bəzilərinin nəslinin tükənmək üzrə olduğunu bildirib.