
Rusiya prezidenti Vladimir Putin yeni il münasibətilə telefon açdığı dövlət başçıları arasında ABŞ prezidenti Barak Obama da var. Putin, telefon danışığı zamanı münasibətlərinin heç də yaxşı olmadığı Obamaya bunları deyib: “Rusiya və ABŞ sülh və beynəlxalq sabitliyi təmin etmək və qlobal təhdidlərə qarşı birgə mübarizə aparmaq məcburiyyətindədir. Rusiya və ABŞ əməkdaşlığının bərabərhüquqlu və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq daha müvəffəqiyyətli şəkildə davam etməsinin tərəfdarıyam”, deyə Putin bildirib.


