Rusiya prezidenti dünyada ilin korrupsioneri elan edildi Korrupsiyanın və mütəşəkkil cinayətkarlığın araşdırılmasına dair beynəlxalq layihə (OCCRP) Rusiya prezidenti Vladimir Putini ilin adamı elan edib.
Bu ad hər il fəaliyyəti daha çox kriminal fəallığa səbəb olan adama verilir.
«Putin Rusiyanı çirkli pulların yuyulması mərkəzinə çevirdiyinə, mütəşəkkil cinayətkarlığın Krımda, Donbasda əldə etdiyi imkanlara görə bu adı alıb», – deyə ekspertlər qeyd edir.
Qeyd olunur ki, Putin əvvəllər də finalçılar sırasında olub. Ona görə də bu mükafatı onun «həyatının mükafatı» adlandırırlar.
2013-cü ildə bu antimükafat Rumıniya parlamentinə, 2012-ci ildə isə Azərbaycan prezidenti İlham Əliyevə verilib.
azadlıq.info



