31 Dekabr – böyük tarixi-siyasi əhəmiyyəti olan gün

İstiqlalçı deputat, Milli Azadlıq Hərəkatı dövründən ictimai-siyasi proseslərin mərkəzində olmuş siyasətçi İbrahim İbrahimli 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə facebook səhifəsində fikirlərini paylaşıb. Həmin günün hansı şəraitdə yarandığını xatırladan İ.İbrahimli onun tarixi əhəmiyyətindən bəhs edib. İ.İbrahimli yazır:

“Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsasını qoyanlardan, daha doğrusu, o tarixi yaradanlardan biri kimi qürur duyuram və bu gün münasibətilə uca millətimizi təbrik edirəm!
Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. 31 dekabr dünya azərbaycanlıları tərəfindən 23 ildir ki, birlik və dayanışma bayaramı kimi qeyd edilir.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində Azərbaycan türkləri tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə Azərbaycan türkü olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edir.
Berlin divarının sökülməsi ilə tarixi-siyasi proseslər keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, Xüsusillə parcalanmaya məruz qalan xalqların həyatında bu tarixi-siyasi hadisə böyük rol oynadı və birləşmək istəyini alovlandırdı. Artıq sökülmüş Berlin divarının daşları sözün həqiqi mənasında çökməkdə olan SSRİ- də istiqlql mücadiləsinn məhəng daşına cevrildi. Xüsusilə, parcalanmaya məruz qalan xalqların həyatında bu tarixi-siyasi hadisə böyük rol oynadı, o cümlədən ikiyə parçalanmış Azərbaycanda birlik istəyini alovlandırdı. Birləşmək, bütövləşmək ideyası o taylı, bu taylı Azərbaycanda elə bir vüsət aldı ki, insanlar qorxmadan, çəkinmədən 70 illik sərhəddə doğru Arazın hər iki sahilindən yürüşlərə başladı. İki totalitar dğvlətin ciddi təzyiqlərinə baxmayaraq, 200 yüz ilin həsrətini yaşayan insanların bu yürüşlərinin qarşısını ala bilmədi, cünki ilk dəfə ölümün gözünə dik baxan adamları görüb şaşırdılar və geri çəkildilər. Ən yeni tariximizə səhrəd hərəkatı kimi daxil olan bu tarixi-siyasi hadisə parçalanmış Azərbaycanın birləşmək, bütövləşmək ideyasını yenidən dünyanın siyasi gündəminə gətirdi.
Çox böyük tarixi-siyasi əhəmiyyətə malik olan bu günün- Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya Azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin dekabrında Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün Azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram kimi qeyd edilir. Hər bir azərbaycanlı bu tarixi günlə öyünür, onu qürurla yad edir və fəxrlə qeyd edir. Prinsipcə dəyişən riyazi ifadələrdir – yeni təqvim ili üçün. İnsan həyati üçün önəmli olan bu tarixi anları yaşamaqdir. Yaşadiğimiz o anlar bu yeni ildə unudulmaz olsun!”.