“Bu rejim dağıdılmalıdır”

Navalnı qardaşlarına hökm oxundu

Rusiyanın müxalifət siyasətçisi Aleksey Navalnı rusiyalıları küçələrə çıxmağa çağırıb. Məhkəmə hökmündən sonra məhkəmə binasının qarşısında çıxış edən Navalnı deyib:”Bu rejimin yaşamağa haqqı yoxdur. Bu rejim dağıdılmalıdır. Mən hər bir kəsi bu gün küçəyəçıxmağa çağırıram”.

Məhkəmə Aleksey Navalnıya 3,5 il şərti cəza verdi. Onun qardaşı Oleq Navalnı isə 3,5 il həbs cəzası aldı. Navalnı heç bir cinayət törətmədiyini, ona qarşı cinayət işinin siyasi təqib olduğunu bildirir.

***

Dekabrın 30-da Moskva məhkəməsi “İv Roşe”işi ilə bağı hökm çıxarıb. İnterfaks agentliyinin verdiyi xəbərə görə Aleksey və Oleq Navalnı qardaşları külli miqdarda pul oğurluğunda günahkar biliniblər. Hökmə görə bloqqer Aleksey Navalnı 3 il 6 ay şərti, onun qardaşı Oleq Navalnı isə 3 il 6 ay azadlıqda məhrum edilib.

Şərti cəzadan əlavə Aleksey Navalnı 500 min rubl cərimə və “Çoxprofilli Prosessinq Kompaniya”-sının iddiasına görə 4.8 milyon rubl (təxminən 85 min dollar) ödəməlidir.

İttihamçı tərəf Aleksey Navalnıya 10 il Oleqə isə isə 8 il həbs istəmişdi. Navalnı qardaşları dələduzluqda, vəzifə səlahiyyətindən istifadə edərək kulli miqdarda vəsaitin mənimsənilməsində və qeyri- qanuni vəsaitin leqallaşdırılmasında ittiham olunurdular.

İstintaqa görə Navalnılar dələduzluq yolu ilə “İv Roşe Vostok” şirkətindən 26.7 milyon (təxminən 459 min dollar) “Çoxprofilli Prosessinq Kompaniya”-sından isə 4.4 milyon rubl oğurlayıblar.

Dekabrın 15-də məhkəmə zalında A.Navalnı ona qarşı sürülən ittihamı əvvəldən axıra kimi saxta adlandırıb. Bloqqer A. Navalnı öz bloqunda Rusiya prezidentinin və ölkə məmurlarının korrupsiya əməllərini göstərən araşdırmalar dərc edirdi.