
Bunu “Azadlıq” radiosuna hüquq müdafiəçisinin qızı Nərmin Kamilsoy deyib. Onun sözlərinə görə, ittiham aktı vəkil Cavad Cavadova təqdim olunub. Məhkəmənin gələn ilin yanvar ayında keçiriləcəyi gözlənir.
İntiqam Əliyev avqustun 8-də tutulub, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham olunur.
O ittihamları rədd edir. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.