Əli İnsanov “Azadlıq”ı təbrik etdi

Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov “Azadlıq” qəzetini 25 illik yubileyi münasibətilə təbrik edib. O, təbrikini vəkili Toğrul Babayev vasitəsilə çatdırıb.

Keçmiş nazir deyib ki, qəzet 25 yaşını qeyd etdiyi günlərdə buna imkanı olmadığından, indi gec də sayılsa, kollektivi təbrik edir. Cəmiyyətə həqiqətləri çatdırdığı, insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial şəklidə dayandığı, nahaqdan həbs edilmiş insanların, o cümlədən onun özünün işini mümkün olduğu qədər diqqətdə saxladığı üçün qəzetə təşəkkür edir və bundan sonra da bu mövqedə möhkəm qalmağı arzulayır. Əli İnsanov qəzet əməkdaşlarına gələcək fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayıb, eyni zamanda onlara Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikini çatdırıb.