Avstraliyada 85 yaşlı balıq tutulub

Qərbi Avstraliya sahillərində alimlərin suda yaşayan ən yaşlı onurğalı canlı kimi tanıdığı dalıq tutulub. Bu, 60 sm-lik qırmızı beriksdir. 
2013-cü ildə tutulan balığın yaşını bu gnlərdə müəyyən etmək mümkün olub. Bunun üçün xüsusi araşdırma aparılıb. 
Balığın yaşı daxili qulaq eşitmə sümüyündəki halqaların sayı ilə müəyyən edilir. 
Alimlər müəyyən edib ki, beriks 1929-cü ildə doğulub. 85 yaşlı balıq o vaxtdan bəri 60 sm-də qədər uzanıb. Baxmayaraq ki, bu fəsilədən olan balıqların uzunluğu 36 m təşkil edir.  
Bundan əvvəl tutulan ən yaşlı balığın 78 yaşı olub. 
2013-cü ildə isə Alyaska sahillərin tutulan xanı balığının 200-dən artıq yaşının ola biləcəyini ehtimal edilirdi. Lakin bu balığın yaşı ilə bağlı ekspertiza aparılmayıb. 
azadlıq.info