Anar Məmmədli “Azadlıq”ı təbrik etdi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, vicdan məhbusu Anar Məmmədli “Azadlıq” qəzetinin 25 illiyi münasibətilə qəzeti təbrik edib. Yaxınları vasitəsi ilə ünvanladığı təbrikdə A.Məmmədli bildirib ki, “Azadlıq” qəzetinin Azərbaycanda müstəqil mətbuatın yaranmasında, formalaşmasında və inkişaf etməsində xüsusu yeri var. A.Məmmədli qeyd edib ki, ölkəmizdə milli şüurun formalaşmasında, demokratik prinsiplərin təbliğində “Azadlıq” qəzetinin müstəsna rolu olub. Müəyyən dövrlərdə repressiyalar nəticəsində “Azadlıq”ın çətin vəziyyətlərə düşdüyünü xatırladan A.Məmmədli qəzetin tarixin sınaqlarından üzü ağ çıxdığını qeyd edib. A.Məmmədli “Azadlıq” qəzetinin demokratik ideyalara sadiq olduğuna görə, xüsusilə də vicdan və siyasi məhbuslara, repressiyalara məruz qalan digər şəxslərə dəstək olduğu üçün qəzetin rəhbərliyinə və onun kollektivinə təşəkkürlərini bildirib və bu yolda onlara uğurlar arzulayıb.