63 il bir bədəndə yaşayan 2 adam FOTO VİDEO

ABŞ-da yaşayan siam əkizlərinin Ronni və Donni Galyon 28 oktyabr 1951-ci ildə dünyaya gəliblər. Onların bu ilin oktyabr ayında 63 yaşı olur. Əkizlər yeni rekordlar kitabına düşmək istəyirlər.
 
Əkiz qardaşların dörd qolu, dörd qıçı, iki mədə və iki ürəyi var. Paylaşdıqları orqanlarsa bağırsaqlar və rektumdur.Əkizlərə qardaşları Jim baxır. Eyni evdə yaşayan qardaşlar çox yaxşı yola getdiklərini bildirir.