İsrailin energetika naziri Silvan Şalom Avropa Birliyi ölkələrini qazla təmin etmək üçün yeni qaz kəmərinin tikintisini təklif edib. Kəmər İsrailin Aralıq dənizi sahilində “Tamar” yatağını Kipr və Yunanıstandan keçərək İtalıya ilə birləşdirə bilər. İsrailin The Times of Israel nəşrini məlumatına görə, bu təşəbbüs avropalılar tərəfindən müsbət qarşılanıb və onlar Rusiyanın “Qazprom” şirkətindən asılılığı azaltmaq üçün kəmərin inşasına bir neçə molyard avro investisiya yatıra bilər.
Şalom bildirib ki, AB-nin Aralıq dənizi ölkələrinin energetika nazirləri ilə danışıqlardan sonra Kipr, Yunanıstan və İtaliya bu layihənin həyata keçirilməsinə razılıq veriblər. Kəmərin tikintisi ilə bağlı yekun qərar Brüsseldə qəbul ediləcək. Israil artıq üç həftədən sonra öz təkliflərini təqdim edəcək. Kəmər inşa edilsə, İsrail “Qazprom”u Cənubi Afrikadan sıxışdıra biləcək.
azadlıq.info


