Lukaşenko ABŞ-la yaxınlaşmaq istəyir

Belarus hakimiyyəti ABŞ-da iki konsulluq açmaq niyyətindədir. Bunların biri Florida, biri isə Texasda açılacaq. Bu barədə belaruslu diplomat Mixail Morqulis məlumat verib. Diplomatın sözlərinə görə, artıq belə bir qərar rəsmi Minsk tərəfindən qəbul edilib və ABŞ Dövlət Departamenti tərəfindən təsdiq edilməlidir. 

Belarus tərəfi Yeni il bayramından sonra ABŞ-ın konsulluqların açılmasını təsdiq edəcəyini gözləyir. 

azadlıq.info