Ribakov

Dialoq adamı

RibakovRusiyalı akademik Qulu Məhərrəmlini təbrik etdi                                  
 
Əziz Qulu Məhərrəmli! Heç inanmağım gəlmir ki, Sizin 60 yaşınız olur. Siz mənim üçün çox doğma, ətrafda gedən mürəkkəb proseslərdən baş çıxaran, mahiyyətə tez varan müxtəlif xasiyyətli və dünyagörüşlü insanları birləşdirə bilən müasir düşüncəli, intellektual şəxsiyyətsiniz. 
“Dialoq Avrasiya” platformasının Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrdə keçirilən tədbirlərində sizin maraqlı çıxışlarınızı eşitmək, özünüzlə unudulmaz söhbətlərdə bulunmaq, böyük ustalıqla apardığınız “Dost məclisi” və “Gündəm” proqramlarında çıxış etmək şərəfinə nail olmuşam. Mənə bağışladığınız “Hadisələr mikrofon qarşısında” və “Danışır Təbriz” əsərləriniz bu gün də kitabxanamı bəzəməkdədir. Mənə Azərbaycanı tolerant bir ölkə kimi tanıdan və sevdirən, Qarabağ həqiqətlərini anladan görkəmli bir jurnalist kimi sizə çox minnətdaram. 
Çox şadam ki, bizi bəşəriyyəti fəlakətlərdən xilas edəcək xoş məram, bəşəri dəyərlər, ömrümüzü həsr etdiyimiz elm və bir də yeni düşüncəyə malik nəsil yetişdirmək missiyası birləşdirir. Bu sahədə gördüyünüz möhtəşən işlər, elmə, jurnalistikaya və ictimai düşüncəyə verdiyiniz töhfələr bir dost kimi məni çox sevindirir. 
Əziz dostum! Sizi əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edir, cansağlığı  və yaradıcılığınızda daha böyük uğurlar arzulayıram.
 
Rostislav Borisoviç Rıbakov 
Rusiya EA Şərqşünaslıq institutunun direktoru, 
“Dialoq Avrasiya Platforması” beynəlxalq təşkilatının fəxri sədri, akademik