2015-ci il yanvarın 12-də Vaşinqtonda ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu Azərbaycandakı repressiyaları müzakirəyə çıxaracaq. Bu barədə məlumat, təşkilatın syatında yetrləşdirilib. Məlumatda bildirilir ki, Azərbaycanda hazırda bu vaxta qədər olmayan səviyyədə müxalif düşüncəli insanlara qarşı repressiyya siyasəti aparılır. “Əvvəlki dövrlərdə də Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət yaxşı deyildi. Müxalif düşüncəli insanlara qarşı həbslər, saxlanmalar, onlara qarşı qara piar kampaniyalarlının aparılması çox geniş miqyas alıb. Görkəmli jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi fəalların həbsləri qorxulu vəziyyət yaradıb. Azərbaycanda aparılan repressiya siyasəti qonşuluqda yerləşən ölkələrdə də eyni tipli siyasətin aparılması ilə nəticələnə bilər. Yaranmış vəziyyət bizi, belə bir tədbiri təşkil edərək, Azərbaycandakı mövcud şəraiti və çıxış yollarını müzakirə etməyə vadar edir”. Məlumatda tədbirdə çıxış edəcək adamlar haqqında da xəbər verilir.
Massaçusets Universitetindən tarix professoru Odri Alşdat, siyasi təhliliçi Ketrin Kozman, Demokratiyaya Mili Dəstək Fondunun nümayəndəsi Miryam Lanskoy, ABŞ dövlət katibinin demokrtiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Meliya və azərbaycanlı tarixçi alim Altay Göyüşov tədbirdə çıxış edəcəklər.