
ABŞ-ın “Sony Pictures” kino şirkəti komediya janrında yeni film çəkib. “Müsahibə” adlı filmdə Şimali Koreyanın prezidenti Kim Çen Inın obrazı canlandırılır və ölkədəki diktatura rejimi ironiya obyektinə çevrilir. Filmin nümayişi Kim Çen Inın qəzəbinə səbəb olub və “Sony Pictures”ə qarşı xaker hücumu təşkil edilib. Bundan sonra filmin nümayişi dayandırılıb. Eyni zamanda Şimali Koreyanın hökumət rəhbərləri ABŞ prezidenti Barak Obamanı təhqir ediblər. Daha sonra ABŞ hökuməti məsələyə müdaxilə edib və nəticədə Şimali Koreyanın interneti kəsilib.
Qeyd edək ki, son 1 həftə ərzində ABŞ Şimali Koreyanı 3 dəfə internetdən məhrum edib.


