“Putin 2015-ci ildə devriləcək”

Almaniyanın nüfuzlu nəşrindən ilginc məlumat: Qərb çevrilişin ssenarisini artıq bilir”

NATO-da 2015-ci ildə Rusiya prezidenti Vladimir Putinin devriləcəyini istisna eləmirlər. Bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri yazıb. Qəzetin yazdığına görə, Qərb ekspertləri artıq Rusiyada mümkün çevrilişin ssenarisini bilir. Nəşrin yazdığına görə, iqtisadi böhran, milyardla ölçülən borclar, rublun dəyərdən düşməsi Rusiya prezidenti üçün çox təhlükəlidir. 
Qərb strateqləri hesab edirlər ki, sanksiyalar və gəlirlərin azalması səbəbindən Putinə qüdrətli oliqarxların təzyiqi gələn ilin sonu üçün o dərəcədə güclənəcək ki, o, sadəcə, çıxıb getməli olacaq.