Hitlerə bənzəyən adam FOTO VİDEO

Adolf Hitlerə bənzərliyi ilə diqqətləri çəkən kosovalı adam bununla fəxr ediyini deyib. Azadlığın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 49 yaşlı Kosova vətəndaşı bu bənzərliyi ilə əsasən turistlərin marağına səbəb olur. Hitlerə bənzərliyini özünə iş seçən bu adam gündəlik çörək pulunu onunla şəkil çəkdirən turistlərin ödədikləri pulla qazanır. Onunla şəkil çəkdirmək isə 60 dollar qarşılığında baş tutur.  Emin Djinoviç adlı kosovalı Hitleri çox mehriban insan kimi canlandırdığı üçün ərtafdakıların etirazı ilə də qarşılaşır. Djinoviç öz görkəmi ilə yanaşı inandırıcılığını artırmaq üçün özü ilə Hitlerin “Mənim mübarizəm” kitabını da gəzdirir. O Hitlerlə xaraktercə də oxşar olduğunu deyir və Hitler kimi öz düşmənlərinə qarşı vuruşduğunu bildirib.