Ötən gün İngiltərə premyer-liqasında 18-ci turun oyunları keçirilib. Tur nəinki premyer-liqa, ümumən futbol tarixində görünməmiş hadisə ilə yadda qalıb.
“Everton”-“Stok Siti” maçında (0:1) meydan sahiblərinin yarımmüdafiəçisi Qaret Barri futbol tarixinə düşüb. O, matçın 78-ci dədiqəsində sarı vərəqə alıb. Bununla da 33 yaşlı futbolçu 100-cü “sarı”sını passivinə yazdırmaqla bir ilkə imza atıb. Qeyd edək ki, buna qədər Li Boyer və Kevin Nolan 99 dəfə sarı vərəqə ilə cəzalanıblar (qol.az).