
Rusiya hökuməti rublun dəyər itkisinin qarşısını almaq üçün həftə ərzində ehtiyatlarından 15.7 milyard dolları istifadə edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, rublun çöküşünü önləmək üçün həm mərkəz bankın ehtiyatları, həm də daha iki dövlət fondunun qaynağlarından istifadə edilib. Yanvar ayından bu yana Rusiya ehtiyatlarının 22 faizini böhranla mübarizəyə sərf edib. Xatırladaq ki, 2014-ci ili qiymətləndirən Rusiya başçısı Putin iqtisadi böhranda öz səhvlərinin də olduğunu söyləmişdi.


