Ölkədəki cəzasızlıq mühiti bəzilərini azğınlaşdırıb

Elşad Babayev də İlham Əliyevin Qurana and içib qorumağa söz verdiyi vətəndaşlarımızdan biri idi…

31 yaşlı həmvətənimiz Elşad Babayevin amansız işgəncələrə məruz qoyularaq öldürülməsini eşitmisiniz? Yox, bu faciə erməni əsirliyində baş verməyib. Bakının yaxınlığındakı 14 saylı islah əmək düşərgəsində (zonda) baş verib. Onu işgəncə ilə öldürənlər də, qanını batıranlar da öz millətimizin nümayəndələridir. Ölkədəki cəzasızlıq mühiti həmin adamları azğınlaşdırıb. Elşad Babayev də Ilham Əliyevin Qurana and içib qorumağa söz verdiyi vətəndaşlarımızdan biri idi. Heç siyasətlə də ÿmaraqlanmırdı, hətta ailəsi deyir ki, Ilham Əliyevə səs veriblərmiş. Ancaq Elşad Babayevin qanı batırılır. Elşad Babayev inzibati terrorun, kütləvi qanunsuzluğun nə birinci qurbanıdır, nə də bu gedişlə sonuncusu olacaq. Bu ölkədə bir qrup səlahiyyət sahibinə rejimə siyasi baxımdan bağlı qaldıqca hər cür cinayət törətmək və həmin cinayətləri ört-basdır etmək imtiyazı verilib.

Bəs kameranın qarşısında seçki qutusunu büllütenlə doldurub, cinayət başında yaxalananda isə jurnalistə hücum çəkən müəllimələrimizi hökumətin cinayət məsuliyyətindən yayındırdığından necə, xəbəriniz oldu?

Azad mətbuat, vətəndaş cəmiyyəti, müxalifət güclü olan ölkədə belə rüsvayçı hərəkətlər cəzasız qala bilərmi? Əlbəttə ki, yox. Bax, bu ölkənin sərvətlərini daha asan talan edə, sadə vətəndaşla istədikləri kimi davrana bilməkləri üçün ölkənin müstəqil düşünən, danışan və yazan kəsiminə qarşı səlib yürüşünə başlayıblar…