Masallı ziyalıları adından “Azadlıq”a təbrik

Masallı Ziyalılar İctimayi Birliyi “Azadlıq” qəzetini 25 illiyi ilə bağlı təbrik edib. Birliyin sədri Məmmədağa Eynullayevin redaksiyamıza göndərdiyi məktubda deyilir:

“Bizlərə doğmalarımız qədər doğma olan “Azadlıq” qəzetinin kollektivi, sizləri 25 illik yubleyiniz münasibətilə Masallı Ziyalıları, tərəfdarları və ailəılərimiz adından səmimi qəlbdən təbrik edir, Azərbaycanın işıqlı gələcəyi naminə, demokratik, qüdrətli, qanunların aliliyi qorunan, sağlam cəmiyyəti olan bir dövlətin bərqərar olması üçün apardığınız bu çətin, ağır, məşəqqətli şəraitdə fədakarcasına mübarizədə Sizlərə Uğurlar, Uğurlar yenə də Uğurlar arzulayırıq!

Sizlərin yüksək mətinliyi, cəsarəti, mübarizliyi, böyük fədakarlığı bizlərdə elə bir inam yaradıb ki, bütün varlığımızla inanırıq ki, tezliklə Azərbaycanın uzun müddət üzərini bürümüş qara buludlar tezliklə dağılacaq, xalqımız gözəl xoşbəxt günlərə qovuşacaq.

Sizlər Masallı Ziyalılarının haqq, ədalət uğrunda zülmün, talançılığın aradan qaldırılması üçün apardığı mübarizədə bizlərə bəzi doğmalarımızdan daha çox doğmalıq göstərərək haqq səsimizi ölkə, dünya ictimayyətinə, ölkə rəhbərliyinə çatdırılmasında əvəzsiz dəstək olmusunuz. Hər şeyə görə sizlərə təşəkkürlər!

Allah sizlərə kömək olsun! Allah hamımıza yar olsun! Eşq olsun sizlərə!”.