Şahbaz Xuduoğlu “Azadlıq”ı təbrik etdi

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da “Azadlıq”ı yubileyi münasibətilə təbrik edənlər sırasındadır. Tanınmış naşir qəzetə göndərdiyi təbrik məktubunda yazır:

“Azadlıq” qəzeti hər bir azərbaycanlının həyatında rol oynamış mətbu orqandır. “Azadlıq” qəzetini simvolik olaraq mütəqilliyimizin rəmzi hesab edirəm. Arzu edirəm ki, bu qəzet indiki ağır şərtlər qarşısında daha möhkəm iradə nümayiş etdirərək, bütün çətinliklərə sinə gərsin. “Azadlıq” qəzeti zaman-zaman hər bir siyası və ya qeyri-siyasi insanın həyatında rol oynayıb. Azad sözün carçısı olan “Azadlıq” qəzetinin daima təzyiq altında fəaliyyət göstərməsi prinsiplərimizə uyğun deyil. Müstəqilliyimizin yaşı qədər ömrü olan bu qəzeti 25 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, qəzet üzləşdiyi maddı-mənəvi problemlərdən tezliklə çıxış yolu taparaq, fəaliyyətini daha da möhkəmləndirəcək. Bir daha təbrik edirəm. Müvəffəqiyyətlər arzu edirəm”.