Hindistanda yaşayan Harprit Devi avtomobilini 2003-ci ildən bəri daldalı sürür. Bunun səbəbi isə 11 ildir nasaz olan avtomobilini təmir etdirə bilməməsidir. Avtomobilin sürət qutusu keçidi 11 il qabaq xarab olaraq, arxa sürətə keçiddə ilişib qalıb. Onun sahibi isə sürət qutusunu təmir etdirməkdənsə, onu daldalı sürməyə üstünlük verib.