Rusiyanın müxalifət lideri ”Azadlıq”ı təbrik etdi

"Azadlıq" qəzeti missiyasını layiqincə yerinə yetirir"
Rusiya müxalifətinin lideri olan Boris Nemtsov “Azadlıq”ın 25 illiyi münasibətilə qəzetə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
 
"SSRİ dağılandan sonra keçmiş sovet respublikalarının əksəriyyətində demokratik ruhda olan xeyli sayda kütləvi informasiya vasitələri yaradıldı. İnformasiya yayımının fərqli mədəniyyəti ortaya çıxdı. Təəssüf ki, sonradan həm Rusiyada, həm də Azərbaycanda sərt avtoritar rejim bərqərar oldu. Buna baxmayaraq, Rusiyada da, Azərbaycanda da çətin şəraitdə, bəzən real risk altında oxuculara obyektiv informasiya çatdırmaq missiyasını yerinə yetirən jurnalistlər var. Azərbaycanda sərt avtoritar rejimin mövcud olmasına baxmayaraq, “Azadlıq” bu missiyasını layiqincə yerinə yetirir. Bu günlərdə Azərbaycandan kənarda da tanınan bu qəzetin 25 yaşı tamam olur. Qəzetə və kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıram".