“İqtisadiyyatımız böhrana gedir”

Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetində bu gün keçirdiyi iclasda bir sıra etiraflar edib.

“Üzləşdiyimiz problemlər sadəcə xaricdən edilən müdaxilələrə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə deyil. Bunun əsas səbəbi illərdir üst-üstə yığılan səhvlərimizdir. Ona görə də iqtisadiyyatımız böhrana gedir. Bunların qarşısını almaq üçün çox işlər gördük. Lakin son hadisələr onu gösətrdi ki, bu yetərli deyil”, deyə Rusiya prezidenti bildirib (ans press).