Nazarbayev şəkillərini yığışdırmaq əmri verdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev şəxsiyyətə pərəstiş elementlərini ləğv etməyə başlayır. Dekabr ayının 25-də  paytaxt Astanada keçirilən tədbirdə çıxış edərkən Nazarbayev bildirib ki, ölkədə sabitliyin qorunması çox böyük əhəmiyyət kəsb edən məsələdir. Bu vaxta qədər əldə etdiklərimiz ölkədə olan sabitlik nəticəsində qazanılıb.Biz Ukraynada baş vemiş hadisələrdən ciddi nəticələr çıxarmağa borcluyuq.Nazarbayev daha sonra qeyd edib ki, vilayətlərin girişində biz mənim şəkillərimi deyil sosial iqtisadi uğurlarımızı əks etdirən lövhələr asdırmalıyıq. Həmin lövhlələrdə il ərzində, rüb ərzində nə qədər iş yerləri açılması haqqında məlumatlar qeyd edilməlidir. Mən sizdən bunu tələb edirəm.