“Atəşkəs qurbanları” Ictimai Birliyinin sədri Bəyalı Əzizov "Azadlıq"ı yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Zaman və zəmanə bizləri çox çətin sınağa çəkdi. Atəşkəs dövründə müəmmalı şəraitdə dünyasını dəyişmiş əsgər ailələrinin hansı hissləri keçirdiyini yalnız belə dərdlərlə üzləşən insanlar yaxşı bilər. Şəhid ailələri hər zaman yaşadığı cəmiyyətdə ətrafında olan insanlardan hər hansı xöş bir söz və ya qayğı görüncə bunun təəssüratları altında "hələ də yaşamağa dəyər, nə yaxşı ki dünya yaxşı insanlardan xali deyil" deyə fikirləşirsən. Doğrusu belə diqqət və qayğını bizlər hakimiyyət dairələrindən, aidiyyəti qurumlardan və yerli icra orqanlarından gözləyirdik. Gözlədiklərimizin əksinə olaraq bizlərlə maraqlanan, hər zaman bizlərin yanında olan,bizim üzləşdiyimiz bütün problemləri işıqlandıran azadlıq sevən insanlarla birgə "Azadlıq" oldu. Biz ən şərəfli insanları bu kollektivdə kəşf elədik. "Azadlıq" qəzetinin əməkdaşlarını biri- birindən fərqləndirmək düzgün deyil. Onların hər biri ayrı ayrılıqda qəhrəmandırlar. İti və sərrast baxışları ilə. kəskin və kəsərli qələmləri ilə, haqqı nahaqa satmayan mövqeləri ilə, müxtəlif repressiyalara məruz qalan bu fədakar insanları təbrik etməmək düzgün olmazdı. Biz də öz növbəmizdə "Azadlıq" qəzetinin 25 illik yubileyi münasibətilə "Azadlıq" qəzetinin bütün əməkdaşlarını, həmçinin bütün azadlıqsevərləri " Atəşkəs Qurbanları" İctimai Birliyi adından təbrik edirik.