Tanınmış vəkil Adəm Məmmədov "Azadlıq"ı 25 illiyi münasibətilə təbrik edib:
“Azadlıq” qəzeti fəal və qorxmaz jurnalistlərin fəaliyyət göstərdiyi mətbuat orqanı olmaqla kütləvi informasiya vasitələri arasında daha çox uğur əldə etmək üçün bir çox sınaqlardan və çətinliklərdən çıxmışdır. “Azadlıq” qəzeti Azərbaycan Respublikasında fəaliyyət göstərən mətbuat orqanları sıralarında öz imzasını qoymuşdur. Hazırda vətəndaşları məlumatlandırmaqda “Azadlıq” qəzəti dövri mətbuatda qabaqcıl yerlərdən birini tutmaqla mayak rolunu oynayır. Bu qəzətin üstünlüyü və ictimaiyyət arasında daha çox tanınması, orada fəaliyyət göstərən kollektivin prinsipial və cəsarətli olmasıdır. Bundan başqa, “Azadlıq” qəzeti kütləvi informasiya vasitələri arasında dərc edilən obyektiv informasiyaları ilə özünə məxsus yer tutur.
Qeyd etmək istəyirəm ki, bu qəzet vasitəsilə vəkillik fəaliyyətimlə əlaqədar hüquqlarını müdafiə etdiyim vətəndaşların pozulmuş hüquqlarını işıqlandırmaqla ədalət mühakiməsi qarşısında haqq-ədalətin bərpasına nail olmuşam.
Yubley münasibətilə “Azadlıq” qəzetinin bütün kollektivini səmimi qəlbdən təbrik edir və onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıram.