Pərviz Həşimli “Azadlıq”ı təbrik etdi

Həbsdə olan siyasi məhbus, jurnalist Pərviz Həşimli də “Azadlıq” qəzetinin 25 illik yubileyi ilə bağlı təbrik edib. Bu gün Bakı Apelyasiya Məhkəməsində Həşimli qəzetin əməkdaşına “Azadlıq”ın siyasi məhbuslara həmişə dəstək verdiyini deyib: “Bu qəzet həmişə əzilənin yanında olub. Haqqı tapdalanan insanların ümid yeri olan bu qəzetin 25 yaşı münasibəti qəzetin kollektivini təbrik edirəm”