Professor, AMEA-nın Fəlsəfə və Hüquq institutunun sabiq direktoru Əli Abbasov “Azadlıq” qəzetini 25 illik münasibətilə təbrik edib: “ 25 yaş insana görə çox balacadır, amma bir qəzet üçün çox böyük bir müddətdir. Qəzeti ürəkdən təbrik edirəm. “Azadlıq” sovet dövründən, müstəqillik dövrünə qədər bir nömrəli qəzetimiz olub. Qəzetdə çox gözəl məqalələr olurdu. Çox məşhur məqalələr dərc olunurdu ki, bugün də onlar öz aktuallığını saxlayır. Arzu edirəm ki, “Azadlıq” qəzeti daha çox yaşlarını qeyd etsin. Ürəkdən təbrik edirəm”.