Millət vəkili “Azadlıq”ı təbrik etdi

 

Millət vəkili Vahid Əhmədov «Azadlıq»ın 25 illik yubileyi münasibətilə qəzetimizə təbriklərini çatdırıb. Təbrikdə deyilir:
««Azadlıq» qəzeti müstəqilliyin ilk illərindən fəaliyyət göstərən bir qəzetdir. Azərbaycanın ictimai-siyasi həyatında bu qəzetin danılmaz xidməti var. Ona görə də ona çətinlikləri aşmağı, xoş günlər və əməkdaşlarına uğurlar arzu edirəm. «Azadlıq» qəzeti o gün olsun ki, özünün 100 yaşını qeyd etsin».