“Sizlərin sayəsində azad sözün təntənəsinə çox ümidliyəm”
Hüquq müdafiəçisi Əlövsət Əliyev də “Azadlıq” qəzetini yubileyi münasibətilə təbrik edənlər sırasındadır. Onun redaksiyamıza göndərdiyi məktubda deyilir:
Əməkdaşları ətrafda baş verənlərə münasibətdə bəzən mənə Kefli İskəndəri xatırladan, Mirzə Fətəli Axundzadənin təxminən 160 il bundan əvvəl qələmə aldığı tərzdə yanaşsaq, ya var dövlət hərisliyindən, ya da qorxudan hər cür alçaqlığa razı olan cahillərin yalançı kimyagərin «möcüzəsi”nin “işığına” yığışdıgı bir zamanda – meydanda daha cox Molla İbrahimxəlillərin oldugu bir vaxtda “Azadlıq” qəzeti 25 yaşını qeyd edir. Azad sözün hər gün azaldığı, ədalətli sözə “ehtiyacın olmadığı”, haqq sözü deyən dillərin və haqq yazan əllərin “kəsildiyi” bir zamanda, Azadlıqla mübarizə meydanında olmaq, bu sözə sadiq olmaq və tərəfsiz olaraq Azadlıq ugrunda sonadək mübarizə aparmaq qədər zəruri bir ishə məşguldur “Azadlıq”çılar.
Söz onu qiymətləndirən və ona sahib olan, dediyi sözü isə özünə sahib hesab edənlər tərəfindən idarə olunanda ona daha cox güvənir və etibar edirsən. Bu baxımdan “Azadlıq”ın tanıdığım əməkdaşlarının, o cümlədən Qənimət bəyin , Rahim Haciyevin, Aytən Məmmədovanın, Səadət xanımın, Natiq Ədilovun, İlham bəyin, Xəyal bəyin və bütün əməkdaşların fədakarlığına çox sevinirəm. Sizlərin sayəsində azad sözün təntənəsinə çox ümidliyəm. 25 yaşınız mübarək! Hər birinizə azad ölkənin “Azadlıq”çısı olmagı arzu edirəm.