Keçmiş polis zabitləri “Azadlıq”ı təbrik etdi

Keçmiş polis zabitləri Emin və Nigar Əhmədbəyovlar «Azadlıq»ı 25 illiyi münasibətilə təbrik edib. Qəzetə ünvanlanan təbrikdə deyilir:
«Azadlıq» qəzeti demokratik Azərbaycanın ilk müstəqil qəzeti və demokratiya simvoludur. Bu, qısa müddət ərzində ölkəmizdə söz azadlığına təsir edən çap orqanıdır. Bu qəzet mövcud rejimin hüquqlarını pozduğu milyonlarla insanın köməyinə gəlir. Ailəmizin ən ağır günlərində bu kollektivin dəstəyini hiss etmişik. Biz qəzetin bütün kollektivini yubiley münasibətilə təbrik edirik, onlara çətin yaradıcılıq yolunda uğurlar arzulayırıq. 
Hörmətlə, keçmiş polis zabitləri Emin və Nigar Əhmədbəyovlar