“Atəşkəs qurbanları” ictimai birliyi adından şəhid atası Əli Kərimbəyli “Azadlıq” qəzetini 25 illiyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“25 yaş münasibətilə “Azadlıq”ın bütün şəxsi heyətini ürəkdən təbrik edirəm. Bu qəzetin həm kollektivinə, həm də oxucularına can sağlığı arzulayıram. Əminəm ki, “Azadlıq” qəzeti bu prinsipial mübarizəsini davam etdirəcək, siyasi məhbusların azad olunması, ölkənin həqiqi azadlığa qovuşması yolunda son nəfəsinə qədər döyüşəcək. “Azadlıq” azad insanların məhsuludur.
“Orda bir yol var uzaqda, o yol bizim yolumuzdur. Dönməsək də varmasaq da, o yol bizim yolumuzdur”.
Bu yol azadlıq yoludur və “Azadlıq” bu yolda irəliləyir. Allah azadlıq yolunu gedən insanlara yar olsun. Tanrı sizləri qorusun”.