İstiqlalçı deputat və Seyran Səxavətdən ”Azadlıq”a təbrik

Tanınmış yazıçı Seyran Səxavət və istiqlalçı deputat Məryəm Həsənova “Azadlıq” qəzetinin 25 illik yubileyini təbrik ediblər.

Nəcəf Nəcəfovun dövründə “Azadlıq”ı özünə daha doğma olduğunu bildirən Seyran Səxavət qəzet kollektivinə xoş arzularını çatdırıb.

İstiqlalçı Deputat Məryəm Həsənova deyib ki, “Azadlıq” çox böyük məfhumdur. “Çox-çox təbrik edirəm. O gün olsun ki, 4 dəfə artığını qeyd edək. Arzu edirəm ölkəmiz də azad olsun ki, siz də onu tərənnüm edə biləsiz”.

 

Tanınmış təhsil eksperti Nabatali Qulamoğlu da “Azadlıq”a təbrik göndərib: “Azadlıq”qəzetinin fədakar kollektivini ürəkdən təbrik edirəm”.

“Borçalı” cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli də  qəzeti təbrik edib. “Azadlıq”ın Milli Azadlıq Hərakatından güc alan, azadlıq ideallarının əks olunduğu ilk milli mətbu orqanı olduğunu deyən Z.Məmmədli qeyd edib ki, istiqlal, bötövlük, demokratiya kimi ideallarımızın nəzəri əsaslarının insanlara çatmasında müstəsna xidmətləri olan bu qəzet milyonların üz tutduğu, sevdiyi bir məkan olub. “Bu gün profesionallıq baxımından vəzifəsi olmasa da, insanlar “Azadlıq”dan bu ideallarımızın mayakı kimi görmək istəyirlər. Demokratiya və bütövlük çətiri altında millətimizin, dövlətimizin nə mümkünsə onu etmək yolunda ardıcıl mübarizə, idealların ucalığa çatması bunu diqtə edir. 25 ildə yeni nəsil formalaşıb, yeni təfəkkür daşıyıcıları çoxalıb. Dəyişməyən istiqlalımızdır. Əldə edə bilmədiyimiz demokratik, mülki cəmiyyət və bütöv Azərbaycandır. Ən yaxın zamanda manşetinizi bu qələbə soraqlı müjdələr bəzəsin, əziz “Azadlıq”çılar. Təbrik edirəm, kollektivə ağır şərtlər altında yorulmazlıq, iradə, cəsarət və sağlıq arzulayıram”, – deyə təbrikdə bildirilir.