Xalqımızın milli sərvəti hesab edilən “Azadlıq” qəzetini uğurla və fədakarlıqla yaşatdığınıza görə cəsarətiniz, şücaətiniz hər cür alqışa layiqdir. Azərbaycana qarşı xaricdən gələn təcavüzə,antimilli rejim tərəfindən amansızlıqla davam etdirilən repressiyalara sinə gərərək yorulmadan döyüşməyiniz əsl qəhrəmanlıqdır. Bu gün “Azadlıq” qəzeti yeganə mətbu orqanıdır ki, şərə qarşı daim mübarizə aparır, müstəqilliyimizin ,xalqımızım mənafeyinin qorunmasında müstəsna xidmətləri olan insanların, qeyrətli oğul və qızlarımızın zindanlardan azad edilməsi işini uğurla davam etdirir , millətin qızıl fonduna çevrilmiş bu şəxsiyyətlərin müdafiəsini başlıca vəzifələrindən hesab edir. Bütün azadlıqsevərlər Sizin,ölkəmizin xoş gələcəyi uğrunda əzmkarlıqla mübarizə aparan, “Azadlıq” qəzetini yaşadan cəsur jurnalistlərin yanındadır . Yubileyinizi təbrik edir,şərəfli ,tarixi missiyanızı yerinə yetirməkdə Sizə uğurlar arzulayıram.
Mətləb Mütəllimli,
Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının sədri