”Azadlıq” Azərbaycanın azadlıq səsidir

Azad Qarabağ Uğrunda Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli “Azadlıq” qəzetini 25 illik yubileyi münasibətilə təbrik edib:

“Azadlıq” qəzetini 25 illik yubiley münasibətilə cani qəlbdən təbrik edirəm. “Azadlıq” qəzeti Azərbaycanın azadlıq mücadiləsi tarixi ilə həmyaşıddır. Bu qəzet Azərbaycanda ictimai-siyasi hərəkatın formalaşmasında, həmölkə ictimaiyyətində, həm dünya ictimaiyyətində Azərbaycanda baş verən proseslərin çatdırılmasında müstəsna xidmətləri var. “Azadlıq” qəzeti müstəqil Azərbaycan dövlətinin qurulmasında bir mətbuat orqanı olaraq əvəzsiz xidmətlər göstərib. 25 illik fəaliyyəti dövründə biz an da olsun Azərbaycan xalqının mənafeyindən kənar bir məsələni işıqlandırmayıb. Bütün təhdidlər və təzyiqlərə baxmayaraq qəzetin fədakar kollektivi onu bugünə qədər laiqli şəkildə qoruyub, inkişaf elətdirib, yaşadıb. Biz də arzulayırıq ki, növbəti illərdə də “Azadlıq” qəzeti həm dövlətimizə, həm millətimizə öz əvəzsiz xidmətini göstərməkdə davam etsin. Haqsızlıqlara məruz qalan insanları “Azadlıq” qəzeti hər zaman fədakarcasına müdafiə edib. Mən bu qəzetin kollektivinə can sağlığı arzulayıram. Allah onların əzmini, iradəsini daha da artıq eləsin. Bu əvəzsiz, təmənnasız xidmətlərində həqiqətən də şərəfli, laiqli yerlərini qoruya bilsinlər. “Azadlıq” qəzeti Azərbaycanın azadlıq səsidir, “Azadlıq” qəzeti Azərbaycanın mübarizə məktəbidi, mübarizə simvoludur. Azad sözün, həqiqi azad mətbuatın nümunəsidir. Bütün “Azadlıq” sevərləri, qəzetlə birlikdə təbrik edirəm”.