”Azadlıq”a daş atanlar onun müdafiəsinə möhtac oldu

“Azadlıq”ın görkəmli yazarlarından biri Surxay Hüseynli qəzeti təbrik edib.

“Azadığ”ın doğulduğu il və gün… Təlatümü dünyanı çaşdıran bir ölkə, 200 min tirajı bir andaca Lenin adına meydanda dağılan qəzet…Elə həmin gün milyonların Azadlıq istəyi, haqqa əl üzatması bu qəzetə hopdu. Elə həmin gündən “Azadlıq” istiqlalın çarçısına deyil. onun daşıyıcısına çevrildi…

20 Yanvar qırğını bizi əzdi, amma sındır bilmədi, “Azadlığımızı” dustaq etdi, Bakının komendatı general Dubinyak bu qəzetin qapılarını bağlasa da açdı. “Azadlıq” mübarizəmizin önündə dayandı. Bu illər ərzində bu qəzetə daş atanların çoxu onun müdafiəsinə möhtac oldular. 

Döğum günün mübarək “Azadlığımız”! Sözdən daha çox həqiqətə, haqqa arxa olan vicdanlı bir qəzet… 25 yaşımız mübarək Azadlığımız!

Surxay Hüseynli