“Azadlıq” şərəfli missiyasını indi də davam etdirir”
“Azadlıq” qəzetinin 25 illiyini təbrik edənlərdən biri də Aydınlar Partiyasının sədri, keçmiş millət vəkili Qulamhüseyn Əlibəylidir. Onun redaksiyaya yolladığı təbrikdə deyilir:
“Azadlıq” qəzeti Azərbaycanın ən yeni tarixində əhəmiyyətli çəkiyə sahib olan bir təsisatdır. “Azadlıq” ölkənin müstəqilləşməsində mühüm rol oynayıb, indi siyasi sistemin demokratikləşməsinə öz töhfələrini verir. Təməli dəyərli ziyalı və ictimai xadim Nəcəf Nəcəfov tərəfindən qoyulan “Azadlıq” qəzeti azad mətbuatın ilk nümunələrindən olub və bu şərəfli missiyanı indi də davam etdirir. Qəzetin müstəqil kursu və söz azadlığına sadiqliyi ona populyarlıq və ictimai rəğbətlə yanaşı, həm də ciddi maliyyə problemləri yaradıb. Təəssüf ki, bu problemlər bu gün də davam edir. Ancaq əminəm ki, buna öyrəncəli olan “Azadlıq” qəzeti fəlaiyyətini davam etdirəcək və ölkənin demokratiləşməsinə öz töhvəsini verəcək. Qəzetin 25 illik yubileyi münasibəti ilə kollektivi təbrik edir və uğurlar arzulayıram”.